Gənc və sağlam qalmaq üçün sadə və praktik tövsiyələr.
Gənc və sağlam qalmaq üçün sizə sadə və praktik tövsiyələr təqdim edəcəyik. əgər 7 yaş gənc görünmək istəyirsinizsə, xarici görünüşünüz qədər qidalanmağınıza da diqqət etməlisiniz. Həftəlik alış-verişinizə sizə təqdim edəcəklərimizi siyahınıza əlavə edin və gələcək illərə meydan oxuyacaq gənc və təravətli cildə sahib olun.
Bibər
Qırışlar üçün sarı bibər yeyin. Bibər yeməklərinizə ləzzət qatmaqla yanaşı, eyni zamanda dərinizə də faydalıdır. Sarı bibər dəriyə zərərli sərbəst radikalların qarşısınıa alan C vitamini ilə zəngindir.
Yumurta
Sallanan dəri üçün yumurta: Yumurtada olan yağsız proteinlər dərinin sallanmasının qarşısını almaq üçün onun toxumalarını dolduran və proteinlə zəngin toxumalar kollagen (orqanizmdə olan zülal) əmələ gətirir.
Arpa
Zədələnmiş dəriyə arpa: Bütöv arpa dəri günəşin zərərli ultrabənövşəyi şüalara qarşı qoruyan seleniumla zəngindir.
Qızıl balıq
Ləkələr üçün bu balıq ideal qidadır. Balıq dəridə ləkə və sızanaqların əmələ gəlməsinə səbəb olan iltihabın sakitəşdirməyə yardım edən omega-3 yağ turşuları ilə zəngindir. Qızılbalığın narıncı rəngdə olması isə astaksatin (antioksidant) kimyəvi maddə ilə zəngindir. Bu kimyəvi maddə də eyni təsiri göstərərək sizi gənc göstərir.
Yuxu
Qocalmağa qarşı yuxunun sirri üzüstə yatmaqdır. Üzüstə yatmaq diafraqma dartılır, döş qəfəsi genişlənir. Nəticədə daha dərindən nəfəs almaq mümkün olur. Bu cür yatmaq sizə ilk vaxtlar çətin gələ bilər. Amma dizləriniz və boynunuzun altına yastıq yerləşdirsəniz, buna daha tez alışa bilərsiniz.