655 kiloqram keyfiyyətsiz süd məhsulları məhv edilib
17 Yanvar 2011 Bazar Ertəsi 15:10
İqtisadi İnkişaf Nazirliyi “Amal” firmasına məxsus istehsalat sahəsində yoxlama aparıb.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında monitorinqlərini davam etdirir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 84 ünvanında “Amal” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı yağlılığı 3,2 faiz olan qatıqların üzərində yararlılıq müddətinin normativ sənədlərlə müəyyən edilmiş müddətdən artıq göstərildiyi, dovğa və pəhriz kəsmiyinin etiketində istehsal və son istifadə tarixlərinin göstərilmədiyi, həmçinin həmin məhsulların müvafiq reseptura olmadan istehsal edildiyi müəyyən edilib.

Reseptura olmadan istehsal edilmiş ümumi çəkisi 655 kq olan qatıq, dovğa və pəhriz kəsmiyi Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib. Qanun pozuntuları ilə əlaqədar, süd məhsullarının istehsalının dayandırılması, habelə müəssisədə istehsal edilərək ticarət şəbəkəsinə paylanmış süd məhsullarının geri yığılması barədə Dövlət Xidməti tərəfindən “Amal” firmasına icrası məcburi göstəriş verilib. Araşdırmalar davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar