500 qram çəki ilə doğulan uşaq yeni doğulan kimi qəbul ediləcək
03 Yanvar 2010 Bazar 14:35
Əvvəl çəkisi 1 kq-dan artıq və 28 həftəlik olan körpələr yeni doğulmuş uşaq sayılırdı
Azərbaycanda yeni doğulmuş uşaqların sağlamlığının qorunması sahəsində yeni kriteriyalar tətbiq ediləcək. Bu barədə məlumat verən Elmi-Tədqiqat Mama və Ginekologiya İnstitutunun direktoru Faizə Əliyevanın sözlərinə görə, 22 həftəlik 500 qram çəki ilə doğulan uşaqlar yeni doğulan kimi qəbul ediləcək. Bu, ölkə üzrə uşaq ölümü göstəricisini dəyişəcək.
Xatırladaq ki, əvvəl çəkisi 1 kq-dan artıq və 28 həftəlik olan körpələr yeni doğulmuş uşaq sayılırdı. Yeni meyarlarda isə hamiləliyin 22-ci həftəsində doğulan və 500 qram çəkisi olan körpələr də yeni doğulmuş uşaq sayılacaq. Qeyd edək ki, 500 qram çəki ilə doğulan körpələr “düşük” adlandırılırdı. Amma beynəlxalq standartlara əsasən körpə nəfəs alırsa, artıq yeni doğulmuş uşaq hesab olunur.
Dünya praktikası göstərir ki, 500 qram çəki ilə doğulan uşaqların 50 faizi əlil olur. Rusiyada 500 qramlıq körpələrin reanimasiyası valideynin tələbi ilə edilir. Əks halda, reanimasiyaya ehtiyac duyulmur. Çünki 500 qram çəki ilə doğulan uşaqların ölməsi ehtimalı çox böyükdür. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: