2700 litrə yaxın keyfiyyətsiz sərinləşdirici içki məhv edildi
14 İyun 2011 Çərşənbə Axşamı 19:24
Haqsız rəqabətə yol verdiyinə görə sahibkar Qüdrət Abasov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb.
Müvafiq reseptura, gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edilmiş sərinləşdirici içkilərin, mənşəyi məlum olmayan şaftalı və albalı nektarı qatqılarının, habelə üzərində məhsulların saxlama müddəti normativ sənədlərdə müəyyən edilmiş müddətdən artıq göstərilən və məhsulların adları Azərbaycan dilində göstərilməyən etiketlərin məhv edilməsi barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Qüdrət Abasova icrası məcburi göstəriş verilib.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qeyd olunan göstərişin icrası ilə əlaqədar, 2 686 litr sərinləşdirici içki, 44 kq şaftalı və albalı nektarı qatqıları və 9150 ədəd etiket Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericilikdə müəyyən olunmuş qaydada məhv edilib.

Haqsız rəqabətə yol verdiyinə görə, Dövlət Xidməti tərəfindən Qüdrət Abasov barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar