20 ilə hər 10 nəfərdən biri diabet olacaq
15 Noyabr 2011 Çərşənbə Axşamı 12:33
Ekspertlər xəstəliyin sürətlə artdığını deyirlər.
2030-cu ildə Yer kürəsinin hər 10 böyük vətəndaşından biri şəkərli diabetdən əziyyət çəkəcək. Beynəlxalq Diabet Federasiyasının ekspertləri bu qənaətə gəliblər. Təşkilatın hesabatında qeyd edilir ki, 20 ildən sonra xəstəlik 522 milyon insanı təhdid edəcək. Bu xəstəlikdən ölənlərin sayında da 2 dəfəyə kimi artım baş verəcək. Bu qiymətləndirməyə diabetin hər iki növü aiddir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda 347 milyon diabet xəstəsi var. Onlardan 80 faizi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yaşayır.

ÜST-ün diabet şöbəsinin rəhbəri Qojka Roglik xəstəliyin artmasının əsas səbəblərini də açıqlayıb. Bunlar əhalinin yaşlaşması, demoqrafik dəyişiklik və piylənmə emidemiyasıdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar