170 kq ərzaq malları məhv edilib
23 Avqust 2010 Bazar Ertəsi 16:30
Yoxlamalar zamanı normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan 2,4 ton sement aşkar olunub.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən monitorinqlər davam etdirilir. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, növbəti monitorinq zamanı Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 1595-ci keçiddə yerləşən “Orxan market”də, 594-cü keçiddə yerləşən “Orxan market”də və fərdi sahibkarlar Güloğlan Həsənova, Nərminə İsayevaya və Nəriman İsmayılova məxsus mağazalarda, “Amil market”də, sahibkar Vaqif Dadaşova məxsus mağazada, “Rza market”də, Gəncə şəhərində D.Qorqud və “Azərbaycan əsgəri” küçələrində Gəncə şəhər Kooperativ Cəmiyyətinə məxsus mağazalarda, Tərtər rayonunda sahibkar Aygün İmanovaya məxsus mağazada ümumi çəkisi 170 kq olan saxlama müddəti ötmüş ərzaq malları aşkarlanıb. Arasında qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, meyvə şirələri, pivə və s. olan mallar satışdan çıxarılaraq məhv edilib.
Dövlət Xidməti tərəfindən tikinti materialları bazarında da nəzarət tədbirləri davam etdirilir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Ağasəf Kazımova məxsus tikinti materialları mağazalarında aparılan yoxlama zamanı 2,4 ton normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan sement aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: