120 kq saxta ərzaq satışdan çıxarılıb
11 İyul 2011 Bazar Ertəsi 18:09
Saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları satışdan çıxarılaraq məhv edilib.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin istehlak bazarında yoxlamalarını davam etdirir. Nazirliyin mətbuat xidmətindənn ANS PRESS-ə verilən məlumata görə, Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı

Bakının Nəsimi rayonunda

A.Məhərrəmov küçəsi, ev 30 A ünvanında Gündüz Abdullayevə məxsus mağazada və "Sofiya market"də, M.Cəfərov küçəsi, ev 16 ünvanında yerləşən "Şeyla market"də, İ.Qasımov küçəsi, ev 2A ünvanındakı "Delfin market"də,

Xəzər rayonunda

Mərdəkan qəsəbəsində "Sahil market"də və "Alqida market"də, Şüvəlan qəsəbəsində Gülnaz Quliyevaya məxsus mağazada,

Şəmkir şəhərində

20 Yanvar küçəsində Nəsrəddin Hümbətova məxsus mağazada, Ə.Cavad küçəsində Məzahir Əliyevə məxsus mağazada

ümumi çəkisi 120 kq saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar