Azərbaycanda şimşək çaxacaq, yağış yağacaq
12 İyul 2012 Cümə Axşamı 03:14
Bakıda 35 dərəcəyədək isti, mülayim külək gözlənilir.
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz olacağı, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Hava şəraitinin qısa icmalı: Yaxın iki gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi üstünlük təşkil edəcək.


DOSTLARINLA PAYLAŞ:

oyunlar