Seferberlik ve Herbi Xidmete Çağırış
01 İyul 2013 Bazar Ertəsi 13:03
Prezident İlham Eliyev emrine esasen bu günden Azerbaycanda heqiqi herbi xidmete çağırış başlayıb.
İyul ayının sonunadək davam edəcək çağırış müddətində vətəndaşlar Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulan digər hərbi birləşmələrə göndəriləcəklər.
Çağırışla əlaqədar iyunun 30-dan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında vətəndaşların həqiqi hərbi xidmət yerini öyrənə bilmələri üçün xüsusi bölmə yaradılıb. Vətəndaşlar http://seferberlik.gov.az/online/elektron/military linkinə daxil olmaqla təyin olunduqları hərbi hissəni öyrənə bilərlər.
Eyni zamanda, dövlət başçısının əmrinə əsasən bu gündən etibarən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçular iyulun 1-dən 30-dək ehtiyata buraxılacaqlar.
DOSTLARINLA PAYLAŞ: