Şefiqe Axundovanın ayağı tutulub
13 İyul 2013 Şənbə 14:49
Şefiqe Axundovanın ayaq sümüyünde çat aşkarlanıb.
Tanınmış bəstəkar, xalq artisti Şəfiqə Axundova Kliniki Tibbi Mərkəzin cərrahiyyə şöbəsinə köçürülüb. Bəstəkarın bacısı Rəfiqə Axundovanın APA-ya verdiyi məlumata görə, Ş. Axundovanın sağ ayaq sümüyündə çat aşkarlanıb: “Ayağı tamam tutulub, işləmir. Ayağını yerə basa da bilmir, ağrıları var. Həkim dedi, bu gün müayinə edib problemin nə olduğunu biləcəklər. Bilmirəm, bu problem hardan çıxdı? Şəfiqə xanım indiyə qədər heç vaxt yıxılmayıb, inanın, son bir ayda Şəkidə onu əlimizin üstündə gəzdirmişik”.

R. Axundova əlavə edib ki, bəstəkarın ürək-qan damar sistemində vəziyyət yaxşılığa doğrudur: “Dünənə nisbətən bu gün irəliləyiş var. İndi ürəyi stabilləşib, təzyiqi normaya düşüb. Yemək yeyə bilmir, məni əsas narahat edən məsələ budur”.


DOSTLARINLA PAYLAŞ:

oyunlar