“Azad Azərbaycan İnternational” (ATV İnternational) açılış mərasimi keçirilib
24 Dekabr 2009 Cümə Axşamı 17:20
“Azad Azərbaycan İnternational” (ATV İnternational) televiziya kanalının rəsmi açılış mərasimi keçirilib.
ATV kanalından APA-ya verilən məlumata görə, tədbirdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, KİV nümayəndələri iştirak ediblər. Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və MTRŞ sədri Nuşirəvan Məhərrəmli “ATV İnternational” kanalının fəaliyyətinə başlamasını əhəmiyyətli hadisə kimi qiymətləndirərək Azərbaycan haqqında obyektiv və hərtərəfli informasiyanın dünyaya çatdırılmasında bu kanalın müstəsna rol oynayacağı bildiriblər.
Qeyd edək ki, “ATV İnternational” tamaşaçılara 5 dildə - Azərbaycan, rus, ingilis, fars və erməni dillərində gündə 2 dəfə xəbərlər buraxılışı təqdim edir. Gündə bir neçə dəfə Azərbaycan barədə, onun mədəniyyət və incəsənətini təbliğ edən video-çarxlar nümayiş etdirilir.
“ATV İnternational” telekanalı Türksat peyki vasitəsilə 3a 11576 s/r 2590/horizontal ünvanında yayımlanır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar