Açılışda prezident İlham Əliyev və YUNESKO-nun baş direktoru Koişiro Matsuura da iştirak edib
Bu gün Müasir İncəsənət Muzeyinin açılış mərasimi olub. Açılışda prezident İlham Əliyev, YUNESKO-nun baş direktoru Koişiro Matsuura, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva da iştirak edib.
Qeyd edək ki,Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış bu muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşlarının 800-dən çox işi toplanıb. Azərbaycan Rəssamlar İtifaqının sədri Fərhad Xəlilov bildirib ki, postsovet məkanında analoqu olmayan muzeydə uşaq sənəti salonu, video salon və art-kafe fəaliyyət göstərəcək. Muzeyin dizaynının müəllifi tanınmış rəssam Altay Sadıqzadədir.
/ANS PRESS/