"ATV İnternational" televiziya kanalı altı illlik lisenziya alıb
05 Mart 2009 Cümə Axşamı 16:45
Beynəlxalq televiziya ingilis, rus, türk, fars və erməni dillərində xəbər və verilişlər yayımlayacaq

 

Bu gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti iclası keçirilib. Şuradan ANSPRESS-ə verilən məlumata görə, iclasda Azad Azərbaycan Teleradio Yayım Şirkətinin birbaşa peyk vasitəsilə yayımlanacaq «ATV İnternational» (ATV İnt) televiziya kanalına xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətinə baxılıb.
MTRŞ «Televiziya və radio yayımı haqqında» Qanunun 14.1, 29.2-ci maddəsinə və «Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə»nin 7.3-cü, 8.1-ci bəndinə uyğun olaraq Azad Azərbaycan Teleradio Yayım Şirkətinin «ATV İnternational» (ATV İnt) kanalına birbaşa peyk yayımı üçün 6 (altı) il müddətinə xüsusi razılıq (lisenziya) verib. Beynəlxalq televiziya ingilis, rus, türk, fars və erməni dillərində xəbər və verilişlər yayımlayacaq.

Röya Rəfiyeva /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar