Yazın başlaması ilə əlaqədar bu aylarda yataqdan qalxmamaq istəyi, günortaya qədər yatmaq istəyi demək olar ki, hamıda baş qaldırır. Buna səbəb yaz yorğunluğu ola bilər.
Adətən yaz yorğunluğunda insanlar özünü çox halsız və yorğun hiss edirlər.
Əgər sizində yaz yorğunluğundan şikayətiniz varsa, yaz yorğunluğundan qorunmağın 10 üsulunu bilməniz kifayətdir.
1. Vaxtınız olan kimi hər gün 15-30 dəqiqə piyada gəzin.
2. Süfrənizdən meyvə və tərəvəzi əksik etməyin. Xüsusilədə mövsümə uyğun meyvə və tərəvəzlərdən bol –bol yeyin.
3. Gündə 3 litr su için.Yemək yemədən və yatmadan öncə su içməyi unutmayın.
4. Yuxu rejiminə diqqət edin. Yatmadan öncə bütün problemləri mümkün qədər fikrinizdən uzaqlaşdirin. Rahat yuxu şərtdir.
5. Səhər yeməyini yemədən evdən çıxmayın.
6. Kofedən mümkün qədər uzaqlaşın.
7. Tünd dəmlənmiş çayın yerinə bitki çaylarından istifadə edin.
8. Çox ağır, yağli yeməklər yerinə zeytun yağında bişən tərəvəz yeməkləri ilə qidalanın.
9. Alkoqollu içkilərdən uzaq durun.
10. Karbohidratla zəngin qidalara, şirniyyata diqqət!
Leyla SALMANSOY