Yaşıl çay möcüzəsi sübut edildi
06 Oktyabr 2011 Cümə Axşamı 12:22
Yaşıl çay çəki artımını dayandırır.
Yaşıl çay illərdir faydaları bilinən məhsuldur. Son zamanlarda aparılan araşdırmalar onun çəki azaltdığını bir daha elmi yolla təsdiqləyib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, yaşıl çay içmək piylənməyə meylli olan bədəndə belə yağ toplanmasını azaldır və çəki artımını dayandırır. Araşdırma Amerikada Penn Universitetində siçanlar üzərində aparılıb.
Araşdırma müddətində artıq çəkili heyvanlara yüksək yağlılığı olan qidalar verilib. Onların bir hissəsinə isə bununla birgə yaşıl çayda olan EGCG maddəsi verilib. Nəticədə EGCG verilən siçanlar 45 faiz daha yavaş kökəliblər.
Tədqiqat rəhbərləri siçanla insanların qidalanmasında ciddi bir fərq olmadığını deyiblər. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: