Yaponiyada uşaqlara orqan köçürülməsinə icazə verildi
17 Dekabr 2009 Cümə Axşamı 20:55
11 yaşlı uşağın ölümündən sonra hökümət bu addımı atmağa vadar olub
Yapon millət vəkillərinin iyulda qəbul etdiyi qanun bu gün senatorlar tərəfindən təsdiq olunub. Qanuna əsasən 15 yaşdan aşağı uşaqlara da orqan köçürülməsi mümkün olacaq.
Xatırladaq ki, 1997-ci ildən bəri Yaponiyada kliniki ölüm vəziyyətində olan şəxslər ölmüş kimi qəbul edilir və onun orqanları köçürülə bilir.
Böyrək və qaraciyər köçürülməsinə ehtiyac yaranan da isə Yaponiya əsasən orqan mafiyasının beşiyi sayılan Çin və Filippinə üz tutur.
Yaponiyada hər il 10 mindən çox orqan köçürülməsi həyata keçirilir. Lakin Yapon qanunlarına görə 15 yaşından aşağı uşaqlara orqan köçürülməsi qadağan idi və bu səbəbdən də hər il ölkədə xeyli sayda uşaq ölümü halları qeydə alınırdı.
Axırıncı dəfə 11 yaşlı Hiroki Andonun ölümündən sonra xalqın etirazları höküməti bu addımı atmağa vadar edib.
Həmçinin Hiroki Andonun 5 il əvvəl ürək çatışmazlığından əziyyət çəkən bacısı da orqan köçürülməsi həyata keçirilə bilmədiyindən ölüb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar