Xərçəng əleyhinə zəfəran cövhəri
12 Sentyabr 2011 Bazar Ertəsi 06:23
Alimlər zəfəranın xərçəngə qarşı mükəmməl vasitə olduğunu aşkarlayıb
İngiltərə alimləri zəfəranın xərçəng əleyhinə mükəmməl vasitə olduğunu aşkar edib. Adıçəkilən bitkinin müalicəvi xüsusiyyətləri ötən əsrlərdən bəri bəlli olsa da, alimlər xərcəng hüceyrələrini öldürəcək xüsusi zəfəran cövhərini hazırladıqlarını iddia edir. Bitkidən alınmış yeni preparat bədəndə xüsusi kimyəvi proseslərə səbəb olaraq xərçəng şişini tədricən yox edir. Britaniyalı tədqiqat qrupu əməliyyatları xərçəngli siçanlar üzərində aparıb. BBC-nin verdiyi məlumata əsasən tədqiqatlar nəticəsində siçanların yarıdan çoxu bəşəriyyət tarixinin ən sirli xəstəliklərindən olan xərçəngdən azad olub. Zəfərandan hazırlanmış yeni dərman heç bir əks təsirin və kənar effektlərin olmaması ilə fərqlənir. Alimlər yaxın gələcəkdə yeni preparatın sınaqlarını insanlar üzərində də aparmağı planlaşdırır.

Əgər insanlar üzərində sınaqlar da müsbət nəticə verərsə, zəfəranın bəşəriyyətin QİÇS/HİV-dən sonra ikinci ən böyük bəlası olan Xərçəngə qarşı tibb və əczaçılıq sahəsində böyük inqilaba səbəb olacağını əminliklə demək olar.


DOSTLARINLA PAYLAŞ:

oyunlar