Vəba Dominikana da çatdı
17 Noyabr 2010 Çərşənbə 04:55
Bu ölkədə xəstəliyə ilk yoluxma qeydə alınıb
Dominkan Respublikasında vəbaya ilk yoluxma halı rəsməe təsdiqlənib. Bu, qonşu Haitidən xəstəliyin bu ölkəyə keçməsinin təsdiqidir. Dominkanın Səhiyyə Nazirliyinin məlumatına görə, vəbaya yoluxma bir müddət əvvəl gələn Haiti vətəndaşında aşkarlanıb.
Qeyd edək ki, Haitidə vəba epidemiyası oktyabrın 20-də aşkarlanıb. İndiyədək 1000-dən çox adam bu xəstəlikdən dünyasını dəyişib, 16,7 min nəfər xəstəliyə yoluxub.
Vəba- Vibrio cholerae bakteriyalarının törətdiyi kəskin bağırsaq infeksiyasıdır. Vəba mikrobu çirkli su və qidada yaşayır. Xəstəlik epidemiya şəklində yayılır, orqanizmdə sürətlə maye itkisinə və nəticədə ölümə səbəb olur.
DOSTLARINLA PAYLAŞ: