Siqaret reseptlə satılacaq
09 İyul 2011 Şənbə 05:20
İslandiyada siqaret reseptlə satılacaq. Layihəyənin məqsədi ölkədə nikotin istehlakını nəzarətdə saxlamaq və siqaretin vurduğu ziyanı minimuma düşürməkdir.
İslandiyada siqaretin həkim resepti ilə satrışını nəzərdə tutan qanun layihəsi hazırlanıb və təsdiq edilmək üçün parlamentə göndərilib. İslandiya səhiyyə naziri Siv Friedleifsdottir tərəfindən hazırlanan layihəyənin məqsədi ölkədə nikotin istehlakını nəzarətdə saxlamaq və siqaretin vurduğu ziyanı minimuma düşürməkdir. Bundan başqa nazir ölkədə siqaret qiymətlərinin 8 dollardan 26 dollara qədər bahalaşmasını da təklif edəcəklərini deyib. Qeyd edək ki, İslandiya siqaret istehlakını azaltmaq üçün aparılan fəaliyyətlər nəticəsində son 20 ildə ölkədə aludəçilərin sayı 50 faizə qədər azalıb. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar