Səhiyyə Nazirliyi vahid resept formasını təsdiq edib
05 Mart 2011 Şənbə 15:46
Səhiyyə Nazirliyi vahid resept formasını təsdiq edib. Blank formaları tezliklə ölkənin bütün səhiyyə müəssisələrinə paylanacaq.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yeni vahid resept blank forması təsdiqlənib. Səhiyyə Nazirliyinin vəsaiti hesabına çap olunacaq həmin blankların qısa müddət ərzində ölkənin bütün ambulator müalicə-profilaktik müəssisələrinə paylanılması nəzərdə tutulub. Bu barədə məlumat nazirliyin rəsmi saytında yer alıb.
Qeyd edək yeni vahid resept blanklarının təsdiqlənməsi əsasən həkim - aptek - əczaçı şirkətləri münasibətlərində yarana biləcək hər hansı bir neqativ halların aradan qaldırılmasına yönəlib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: