Səhiyyə Nazirliyi əhaliyə çağırış etdi
27 Noyabr 2012 Çərşənbə Axşamı 15:42
Əhali "Sağlam həyat uğrunda" devizi altında keçiriləcək profilaktik tədbirlər aylığında aktiv iştirak etməyə çağırılır
Azərbaycan səhiyyə nazirinin müavini əhalini dekabrın 1-dən 31-dək "Sağlam həyat uğrunda" devizi altında keçiriləcək profilaktik tədbirlər aylığında aktiv iştirak etməyə çağırıb.

Trend-in məlumatına görə, akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzində səhiyyə nazirinin müavini Elsevər Ağayev "Azərbaycan-Türkiyə Səhiyyə həftəsi"nin başlanmasına həsr edilmiş tədbirdə deyib ki, yaşından asılı olmayaraq, Azərbaycanın bütün əhalisi bu aylıq çərçivısində müayinələrdən keçə bilər.

"Əfsuslar olsun, bizim ən böyük bəlamız odur ki, ayaq üstə duranda hər seyin yaxşı olduğunu düşünürük. Xəstəliyi olmayan insanlar da proflaktik məqsədlə həkimlərə müraciət etməlidirlər", - nazir müavini deyib.

O qeyd edib ki, insanlar müayinələrdən keçməklə ilk növbədə öz sağlamlıqlarına əmin ola bilərlər. Daha sonra isə belə müayinələr nəticəsində hər hansı xəstəliyi erkən mərhələdə aşkarlamaq olar. Bu da onun daha tez müalicə edilməsinə imkan verər.

Ağayev qeyd edib ki, insanları sağlam həyat tərzinə cəlb etmək məqsədilə keçirilən aylıq ölkənin bütün regionlarını əhatə edəcək. SN-in Elmi Tədqiqat institutlarının rəhbərlik etdiyi briqadalar regionlarda əhalinin profilaktik məqsədlə müayinə edilməsində iştirak edəcək.

Ağayev deyib ki, müayinə olunmaq istəyənlıər Bakıda müalicə-profilaktika müəssisələrinə, xüsusilə ambulator müəssisələrə, poliklinikalara müraciət etməlidirlər. Regionlarda isə mərkəzi xəstəxanaların poliklinika şöbələrinə müraciət etməlidirlər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar