Səhər siqaret çəkənlərin nəzərinə
01 Avqust 2012 Çərşənbə 11:26
Səhər çəkilən siqaret ağciyər, eləcə də beyin xərçəngi riskini 2 dəfə artırır.
Xərçəng xəstəliyinin yaranma riski təkcə siqaretçəkmənin tezliyindən deyil, həm də rejimindən asılıdır. Mütəxəssislər bu qənaətə aparılan bir sıra araşdırmalardan sonra gəliblər. Səhər oyanandan yarım saat sonra çəkilən siqaret nəinki ağciyər, eləcə də boyun və beyin xərçəngi riskini 2 dəfə artırır.

ABŞ-ın Penn State tibb kollecinin keçirdiyi tədqiqatlarda 7610 siqaretçəkən iştirak edib. Onlardan 4776 nəfəri artıq ağciyər xərçəngi olub, 2835 nəfəri isə sağlam şəxslər olublar.

Təcrübə zamanı məlum olub ki, səhər oyanandan sonra siqaret çəkənlərin xərçəngə tutulma ehtimalı 79% olub, eyni zamanda çəkilən siqaretlərin sayı bu fakta tamamilə heç bir təsir göstərmir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar