Sabahdan havanın sərinləşəcəyi gözlənilsə də, meteohəssas insanlara sabah da ehtiyatlı olmaq məsləhət görülür. Belə ki, maqnit qasırğası gözlənilir.
Günəş yer istiqamətində iki güclü plazma axını atıb. Maqnit qasırğasına da səbəb bir qrup günəş ləkəsi olub. Həftənin əvvəlindən etibarən “M” sinfinə aid 5 rentgen alovlanması qeydə alınıb. Bu, 5 ballıq şkala üzrə 4-cü səviyyədir.
“Qaynar tullantı”ların sürəti saniyədə 1000 km-ə yaxındır. Bunun üçün də onlar planetimizə sabah çatacaq.
Sabah maqnit qasırğası gözlənilir
Meteohəssas insanlara ehtiyatlı olmaq məsləhət görülür.




Şərhlər