ABŞ-da “Truvada” preparatından QİÇS-in profilaktikası üçün istifadəsinəd icazə verilib. ANS PRESS “İntefaks”a istinadən xəbər verir ki, məlumatı BAŞ-ın Ərzaq və dərmanlara nəzarət üzrə İdarəsi yayıb.
Məlumata görə, dərmandan gündəlik istifadə cinsi yolla ötürülən QİÇS riskini azaltmağa yardım edir. Dərmandan yüksək risk qrupunda olan, eləcə də, QİÇS-li xəstə ilə cinsi əlaqəyə girən insanlar üçün nəzərdə tutulub.
Truvada QİÇS xəstəsi olmayan insanlar üçün nəzərdə tutulan ilk vasitədir.
QİÇS xəstəliyinə qarşı mübarizədə inqilab
Ölümcül QİÇS xəstəliyindən qorunmaq üçün ilk dərman preparatının tətbiqinə başlanıldı.




Şərhlər