Qan təzyiqi olanlar süfrəyə duz qoymasınlar
09 Avqust 2010 Bazar Ertəsi 00:56
Dünyada bir milyarda yaxın insanın qan təzyiqindən əziyyət çəkdiyi bildirilir. Bu xəstəliyin yaranma səbəblərindən biri xörək duzundan normadan artıq istifadə edilməsidir.
Ona görə də qan təzyiqindən əziyyət çəkənlərə süfrəyə quz qoymamaq məsləhət görülür. Bir ədəd zeytunun tərkibindəki duzun miqdarı insanın bu maddəyə olan gündəlik ehtiyacını qarşıladığını deyən mütəxəssislər məhz bu üsuldan istifadəyə üstünlük verməyi məsləhət görürlər. Bəzilərinin tez-tez ifadə etdiyi duzsuzluq sindromunu isə həkimlər sadəcə damaq alışqanlığı adlandırırlar. Bu sahədə ad qazanmış bir çox mütəxəssislər məsləhət görürlər ki, insan orqanizminə lazım olan maddələri təbii şəkildə, yəni müxtəlif meyvə-tərəvəzlə qəbul etməlidirlər.
Türkiyə Qazi Universiteti tibb fakültəsinin professoru Şükrü Sindel Türkiyədə bu maddənin lazım gəldiyindən bir neçə dəfə artıq qəbul edildiyini, bunun da müxtəlif xəstəliklərə səbəb olduğunu deyir. Zaman


DOSTLARINLA PAYLAŞ:

oyunlar