Partlamış qarğıdalı xəstəliyin düşmənidir
12 Fevral 2010 Cümə 06:30
Partlamış qarğıdalının içində meyvə tərəvəzin tərkibində olan "polifenol" maddəsi tapılıb
Amerikada keçirilən araşdırmalar nəticəsində məlum olub ki, partlamış qarğıdalının (popcorn) içində, meyvə tərəvəzin tərkibində olan "polifenol" maddəsi var. Qeyd edək ki, bu maddə ürək xəstəlikləri, xərçəng və b. xəstəliklərlə mübarizədə bədənin müqavimətini çoxaldıcı xüsusiyyətə malikdir. Araşdırmanı keçirən Pensilvaniyadakı “Scranton” universitetinin akademiki Vinson qarğıdalıda bu miqdarda polifenol aşkarladıqları üçün təəcübləndiklərini deyib. Akademik bunun səbəbini indiyə qədər qarğıdalı üzərində araşdırma keçirilməməsi ilə izah edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: