Namazın insan səhhəti üçün möcüzələri
17 Fevral 2011 Cümə Axşamı 05:48
Bununla yanaşı İslam alimləri namazın sadəcə Allahın əmri olduğu üçün qılınmasının doğru olacağını vurğulayır
Misirin paytaxtı Qahirədəki “Milli Lazer Texnoloqiyaları Mərkəzi”ndə keçirilən araşdırma nəticəsində məlum olub ki, səcdə etmək insanı xərçəngdən qoruyur. Bundan başqa səcdənin hamilə qadınlar üçün faydalı olduğu, döldə meydana gələcək fizioloji anormallıqların qarşısını aldığı, habelə bir çox fiziki və psixoloji xəstəliklər üçün xeyirli olduğu bildirilir.
Mərkəzin rəhbəri professor Məhəmməd Ziyaəddin Həmid bu dövrdə insanların elektrmaqnetik dalğalara məruz qaldığını, bu səbəblə də daha çox şüalandığını, bu yükün hökmən bayıra atılmalı olduğunu deyib. Araşdırma nəticəsində bədəndə toplanan elektromaqnetik yükün Allaha səcdə (namaz) ilə boşaldığının müəyyənləşdiyini deyən misirli alim elmi araşdırmaların insanın boyu kiçildikcə dalğalara məruz qalma nisbətinin azaldığını göstrdiyini bildirib.
İnsanın səcdə vəziyyətində ikən elektromaqnetik dalğalara daha az məruz qaldığını və alnın yerə dəyməsi ilə bədəndə olan elektromaqnetik yükün bayıra atıldığını müəyyənləşdirdiyini qeyd edən professor səcdə vəziyyətində olan insanın 7 üzvünün (alın, əllər, dizlər, ayaqlar) yerlə təmas etməsinin yük boşaldılmasını sürətləndirdiyini, bunun yoqğunluq və bəzi xəstəliklərə faydalı olduğunu deyib. Araşdırma nəticəsində elektrik yükünün bədəndən daha yaxşı atılması üçün səcdə vaxtı qibləyə dönmək lazım olduğunun məlum olduğunu deyən professor Ziyaəddin “Kəbə”nin yer üzünün mərkəzi olduğunu, bu mərkəzə doğru istiqamətlənməyin bədəndəki elektrik yükünü bayıra atmaq üçün ən uyğun mövqe olduğunu vurğulayıb.
Misirli alim sutka ərzində qılınan 5 vaxt namazın bu yükü atmaq üçün kifayət etdiyini bildirib, yuxu vaxtı bədəndə meydana gələn ünsürlərin sübh namazı ilə bayıra atıldığını belə insanın günə rahat və canlı başladığını deyib. Zöhr, əsr və məğrib namazlarının gün ərzində meydana gələn yorğunluğu və stresi azaltdığını, insanı psixoloji rahatlığa qovuşdurduğunu deyən Məhəmməd Ziyaəddin Həmid İşa namazıyla gün boyu bədəndə meydana gələn yükün qalanının bayıra atıldığını və insanın rahat yatmasını təmin etdiyini deyib.
Bununla yanaşı İslam alimləri namazın sadəcə Allahın əmri olduğu üçün qılınmasının doğru olacağını, sadəcə təmizlik (dəstəmaz) və sağlamlıq üçün qılınacaq namazın Allah tərəfindən məqbul əməl sayılmayacağını xüsusi vurğulayır.
DOSTLARINLA PAYLAŞ: