Kişilər makiyajlı qadınları xoşlayır?
18 Noyabr 2010 Cümə Axşamı 17:55
Kişilərin 84%-i son dərəcə parlaq makiyajlı qadınla tanış olmağa cəhd göstərmir
Kişilər makiyajlı qadınlardan niyə qorxur? Tədqiqatlar əksər kişilərin belə qadınları nəinki sevmədiyini, hətta onlardan uzaq durmağa çalışdığını göstərib. Məlum olub ki, kişilər bu cür xanımlardan nə iş, nə də şəxsi məsələlərdə münasibətdə olmağı arzulayır. Seksoloqlar bildirir ki, qadının qədəhində qalan pomada izi, ətrafa səpələnən pudra, paltara çıxmış krem izi kişilərin 49%-ni qıcıqlandırır. Onların 51%-i isə, ümumiyyətlə, makiyajsız qadına üstünlük verir. Araşdırma göstərib ki, kişilərin 84%-i son dərəcə parlaq makiyaj etmiş qadınla tanış olmağa cəhd göstərmir. 75% kişi isə hesab edir ki, belə xanımlar ciddi münasibətlərə qadir deyil.
Braziliyalı alimlər araşdırıblar ki, dodaq boyası kariyes yaradır. Dodaq boyasından çox istifadə edən qadınların dişlərində kariyesin əmələ gəlmə riski böyükdür. Bunu braziliyalı mütəxəssislər dünyada məşhur olan 10 brendin dodaq boyasını analiz etdikdən sonra üzə çıxarıblar. Araşdırma göstərib ki, pomadaların tərkibindəki parafin kariyesə səbəb olur. Boyanın tərkibində onun miqdarı az olsa da, hər gün pomadadan istifadə sonda belə problemə aparıb çıxarır.
Ona görə də əziz xanımlar bütün bunları nəzərə alaraq dodaq boyasından mümkün qədər az istifadə edin.
DOSTLARINLA PAYLAŞ: