İsmayıllı pendirində bağırsaq çöpləri tapıldı
26 İyul 2011 Çərşənbə Axşamı 17:03
İsmayıllı pendirində insan orqanizmi üçün təhlükə törədən ərzaq məhsulları aşkarlanıb.
Bakıda insan orqanizmi üçün təhlükə törədən ərzaq məhsulları aşkarlanıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin apardığı araşdırmalar nəticəsində Bakı şəhəri, II Alatava küçəsi, ev 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Habil Mahmudova məxsus “Yeni” marketdə uyğunluq sertifikatı olmayan ərzaq məhsulları aşkarlanıb. Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, araşdırma zamanı mağazada satılan “İsmayıllı” pendirinin tərkibində bağırsaq çöpləri qrupundan olan bakteriyalar aşkar edilib.

Bundan başqa ticarət obyektində Gürcüstan istehsalı olan duşes, Türkiyə istehsalı olan “Yeni Rakı” nişanlı 45 faizli alkoqollu içki, “Sera” nişanlı konservləşdirilən badımcan, Rusiya istehsalı olan “Vodka Quardo” nişanlı alkoqollu içki, “Kuzya” nişanlı alkoqollu içki, “Akvadiv” nişanlı təbii müalicəvi mineral su, Macarıstan istehsalı olan “Scooby-Doo” nişanlı alkoqolsuz orta qazlı içki və mənşəyi məlum olmayan “Olmeca” nişanlı 38 faizli alkoqollu içkinin qanunvericiliyə zidd olaraq uyğunluq sertifikatı olmadan satışa çıxarıldığı müəyyən olunub.

Qeyd edək ki, aşkar olunan nöqsanlarla bağlı məhsulların satışının qadağan edilməsi barədə tələbnamələr verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar