İşdən qovulmaq ürəyə ziyandır. Mütəxəssislər işdən çıxarılan insanların ürəyində ciddi problemlər olduğunu bildirirlər. Belə ki, qovulmaq gərginlik və stressə səbəb olur. ANS PRESS-in məlumatına görə, ABŞ-ın Texas Universitetinin kardioloqu Con Higgins qovulmağın insanı sadəcə ruhən deyil, fiziki cəhətdən də zərbə vurduğunu deyir.
Bu "qırıq qəlb sindromu" adlanır. Belə insanlarda bu problem xüsusilə ürək ritminin pozulmasında özünü göstərir. Qovulmaq həm də infarkt riskini artırır.
İşden qovulmaq üreye ziyandır
Qırıq qelb sindromu.




Şərhlər