Heroində Sibir xorası xəstəliyi tapılıb
18 Dekabr 2009 Cümə 20:20
Heroində Sibir xorası xəstəliyi tapılıb. Bir narkoman ölüb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.
Şotlandiyanın Qlazqo şəhərində damarlarına heroin vurduqdan sonra Sibir xorası xəstəliyinə yoluxan bir narkoman ölüb. Daha iki nəfər isə xəstəxanaya yerləşdirilib. Bu barədə “The Scottish Sun” nəşri xəbər yayıb.

Güman olunur ki, narkomanların Sibir xorası xəstəliyinə yoluxmasına səbəb heroinə qatılan sümük tozu olub. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar