Evdəki ən çirkli yer mətbəx otağıdır
29 İyun 2011 Çərşənbə 18:02
Mətbəx otağında ayaqyolundan çox mikrob var.
Evdə ən çirkli yerlərin siyahısı hazırlanıb. Mikrobların ən çox olan yerləri Arizona Universitetinin mikrobioloqu tərtib edib. Universitetin əməkdaşı Çarlz Qerbin sözlərinə görə, aparılan tədqiqatların nəticələri evdəki ən çirkli yerin ayaqyolu yox, mətbəx olduğunu ortaya çıxarıb.
Mətbəxdəki ən çirkli yer müxtəlif məhsulları doğramaq üçün istifadə edilən taxta lövhədir. Belə ki, orada ayaqyolunun oturacağından 200 dəfə çox mikrob yaşayır. Mütəxəssislər istifadədən sonra lövhəni 5 faizlik spirt və ya uksus məhlulu ilə silməyi məsləhət görür.
İkinci pillədə ev telefonunun dəstəyi yer alıb. Çirkli yerlərin siyahısında ilk “üçlüyü” qab yumaq üçün istifadə edilən süngərdir.
Siyahıda yer alan mikrob yuvası olan digər ev əşyaları isə bunlardır: vanna pərdəsi, mətbəxin zibil qutusu, qabyuyan və paltaryuyan maşın. Belə ki, bu texnikanın qapısında kif və ya göbələyin əmələ gəlmə riski yüksəkdir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: