Ermənistanda "donuz qripi"ndən ilk ölüm faktı qeydə alınıb. Bunlar hamilə qadın və kişidir. Bu barədə məlumatı ölkənin səhiyyə naziri Şişan Unanyan verib. Onun sözlərinə görə, 6 aylıq hamilə qadın və kişi ağır vəziyyətdə xəstəxanaya gətiriliblər. Həkimlərin səylərinə baxmayaraq, onları xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ermənistanda "A H1N1" virusuna yoluxanların sayı 80-ə çatıb. ANSPRESS
Ermənistanda "donuz qripi"ndən 2 nəfər öldü
Onlardan biri hamilə qadın, digəri isə kişidir




Şərhlər