Duzdan imtina etmək sağlamlığa zərərlidir
11 Noyabr 2011 Cümə 15:42
Duz təzyiqin düşməsinə səbəb olur.
Duzdan imtina etmək sağlamlığa zərərlidir. Danimarkanın Kopenhagen Universitetinin xəstəxanasının mütəxəssisləri apardıqları təcrübələr nəticəsində bu qənaətə gəliblər.

Həkimlər duzun insan orqanizminə ziyan və ya xeyrini öyrənmək üçün 167 nəfəri tədqiqata cəlb edib. İştirakçılar duzun istehlakını orta hesabla 1 litrdə 150 mmol azaldıblar, bu isə həkimlərin tövsiyə etdiklərindən də artıq hesab olunur.

Belə ki, arterial təzyiqləri olan şəxslərin təzyiqləri 3,5%, normal təzyiqləri olan şəxslərdə bu göstərici 1% aşağı düşüb. Bununla yanaşı, qanda zərərli xolesterin 2,5% artıb.

Aparılan təcrübələr göstərib ki, duzun istehlakını azaltmaqla ürək xəstəliklərinə tutulma riskini azaltmaq mümkün olmur.



DOSTLARINLA PAYLAŞ:

oyunlar