Daha 9 dondurmanın satışı qadağan edildi (Siyahı)
27 İyul 2010 Çərşənbə Axşamı 09:40
Dondurmalar “Russkiy xolod” əmtəə nişanı altında istehsal edilib.
“Russkiy xolod” əmtəə nişanlı dondurmaların satışına qadağan qoyulub. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Dövlət Nəzarəti İdarəsinin əməkdaşları dondurma idxalı ilə məşğul olan fiziki şəxs C.Cavadova məxsus müəssisədə (Nəsimi ray., B.Mirzəyev küç. 24/133) araşdırma aparıblar. Monitorinq zamanı müəyyən olunub ki, Rusiyadan “Russkiy xolod” əmtəə nişanlı dondurmaların idxalı zamanı AZS Milli Sertifikatlaşdırma Sisteminin tələbləri pozulur. Məhsullar sertifikatlaşdırılmadan satışa buraxılır. Təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədləri olmayan “Russkiy xolod” əmtəə nişanlı dondurmaların siyahısı:

“Юбилейное”
“Пломбир СССР”
“Пломбир СССР” “Столичное ескимо”
“Пломбир “Настоящий”
“Лакомка “Энерго”
“Лакомка “Традиционная”
“Пломбир СССР” шоколадное
“Лакомка “Традиционная” вишневым джемом
“Лакомка “Традиционная”

Xatırladırıq ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 154 saylı qərarına əsasən uyğunluq sertifikatı olmayan məhsulların respublika ərazisində satışı qadağandır. Komitə əməkdaşları tərəfindən idxalçı firmada aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək məhsulların satışının dayandırılması barədə müəssisə rəhbərinə göstərişlər verilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar