Azərbaycan Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev APA-ya bildirib ki, həmin müddətdə 275 nəfər zəhərlənməyə məruz qalıb. Bu il zəhərlənmədən ölüm halı baş verməyib.
İ. Abdullayev deyib ki, zəhərlənmələr adətən, ev şəraitində hazırlanan konserv, hisə verilmiş balıq məhsullarından baş verib. Konserv məhsullarında mikrobların törətdiyi təhlükəli zəhərlənmə növü olan 9 botulizm hadisəsindən 22 nəfər zərər çəkib. Bu növ zəhərlənmənin baş verməsinin əsas səbəbi məhsulun düzgün emal olunmaması, yuyulması və sairədir.
İ. Abdullayevin sözlərinə görə, tədqiqatlar zamanı çox az sayda qarpız və yemişdə mikroblar aşkarlanıb. Ötən il bu məhsullardan zəhərlənmələr baş versə də, bu il belə fakt qeydə alınmayıb. APA
Bu il Azərbaycanda 275 nəfər qidadan zəhərlənib
Bu ilin ilk yarısında Azərbaycanda 235 qida zəhərlənməsi hadisəsi baş verib.




Şərhlər