Blend-a-Med sağlamlıq aksiyası davam edir
13 May 2011 Cümə 11:52
Blend-a-Med sağlamlıq aksiyası davam edir. Karvana qoşulan hər bir kəs dişlərini müayinə etdirə bilər.
"Blend-a-med" və "Oral-B" martın 7-dən Azərbaycanın ən böyük şəhərləri – Bakı, Gəncə və Sumqayıtda sağlamlıq aksiyası keçirir. Bu kampaniya çərçivəsində hər kəsin öz ağız boşluğu, dişlərini pulsuz müayinə etdirmək, peşəkar həkimlərdən məsləhət almaq imkanı var.
Aksiya çərçivəsində "Blend-a-Med Diş Karvanı" şəhərin küçələrini gəzir, müxtəlif məkanlarda (metro stansiyalarının qarşısında, məktəblərdə, insanların gur toplaşdığı yerlərdə) pasiyentləri qəbul edirlər. Stomatoloqlar onlara müraciət edən istənilən kəsə ağız boşluğunun vəziyyəti barədə məlumat verir. Bundan əlavə, vətəndaşlara "Blend-a-Med" və "Oral-B" məhsullarından düzgün seçim etməkdə də yardım göstərilir. Onlara öz dişlərinə uyğun diş məcunu və fırçası məsləhət görülür, ağız boşluğuna düzgün qulluq etməyin qaydaları haqqında ətraflı məlumat verilir.
Artıq metronun Əhmədli, İnşaatçılar, Elmlər Akademiyası, Nərimanov və digər stansiyaları qarşısında müayinələr təşkil olunub. Bundan əlavə, "Blend-a-Med Karvanı" şəhərin mərkəzi alış-veriş və istirahət məkanları – Park Bulvar, “Torqovı” adlandırılan Nizami küçəsi, Avtovağzalda insanları qəbul edib. Bu məkanların hər birində yüzlərlə paytaxt sakini bəyaz təbəssüm sahibi olmaq üçün mütəxəssis məsləhəti alıblar.
Həmçinin, Sumqayıt sakinləri üçün də "Blend-a-Med" və "Oral-B" tərəfindən pulsuz müayinələr keçirilib. Ümumilikdə, aksiya günlərində 5 mindən çox insan dişlərini müayinə etdirib və dəyərli stomatoloq məsləhəti alıb.
Bu unikal sağlamlıq aksiyası iyunun 1-dək davam edəcək. Bu müddət ərzində Karvanın olacağı yeri www.blendamed.az saytı, yaxud (050) 280-00-80 nömrəsinə zəng etməklə öyrənmək olar. Fürsəti qaçırmayın, dişlərinizin sağlamlığının qayğısına indidən qalın və bu işdə "Blend-a-Med" və "Oral-B"nin yardımından istifadə edib müalicənizi önləyin. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: