Ötən gün Azərbaycanda 6 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə görə, hadisə ölkənin müxtəlif ərazilərində baş verib.
Belə ki, Sumqayıt sakinləri Esmira Əliyeva və Kəmalə Teymurova evlərində qidadan (pomidor turşusundan) zəhərlənib.
Gəncə şəhər sakini Səkinə Bağırova, Abşeron rayon sakini Əli Qənbərov, Ağdam rayon sakinləri Mirağa Əsədov və bacısı İradə Məmmədova isə evlərində, dəm qazından və dərmandan zəhərləniblər.
Zəhərlənən şəxslər müvafiq xəstəxanalara yerləşdiriliblər.
Bir gündə 6 nəfər zəhərləndi
Hadisə ölkənin müxtəlif rayonlarında baş verib.




Şərhlər