Sağlamlıq

Bakıda normalara cavab verməyən çörək sexi aşkar edilib

Müəssisədə qanun pozuntuları və mənşəyi məlum olmayan xörək duzu aşkarlanıb.

· Xəbərçi
Bakıda normalara cavab verməyən çörək sexi aşkar edilib
Bakının Yasamal rayonunda normativ sənədin tələblərinə cavab verməyən çörək istehsalı müəyyən olunub. Qanun pozuntuları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 1 saylı Ərazi Dövlət Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən Şərifzadə küçəsində yerləşən fiziki şəxs N.Muxtarova məxsus dairəvi çörək istehsal edən müəssidə aşkar olunub.

Müəssisəyə baxış zamanı sexin şəraitinin qeyri-qənaətbəxş olduğu, çörəyin istehsalı və daşınmasının, xammaların saxlanmasının normativ sənədlərin tələblərinə uyğun olmadığı müəyyən olunub. Bundan başqa çörək istehsalında istifadə olunan 10 ədəd 30 kq-lıq kisələrdə ümumi çəkisi 300 kq olan mənşəyi məlum olmayan xörək duzu müəyyən edilib.

Təsərrüfat subyektində araşdırma davam edir. ANSPRESS

Şərhlər