Azərbaycanda ilk dəfə ürək aritmiyası əməliyyatı aparılıb
20 Noyabr 2009 Cümə 15:25
Ürək aritmiyası əməliyyatı yerli mütəxəssislər həyatı keçirib
Artıq ürəyində aritmiyası (ürəyin normal fəaliyyətinin pozulması) olan xəstələrin xarici ölkələrdə müalicə və əməliyyatına ehtiyac olmayacaq. Çünki Azərbaycanda ilk dəfə Mərkəzi Klinik Xəstəxanada ürəkdə aritmiyası olan xəstənin üzərində əməliyyat aparılıb. Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev bu günədək klinikada 5 mindən çox ürək əməliyyatı aparılsa da, bunun aritmologiya sahəsində ilk əməliyyat olduğunu bildirib.

Əməliyyatı yerli mütəxəssislər keçirib. Xaricdə təhsil almış və aldığı təcrübəni Azərbaycanda tətbiq edən Fərid Əliyev aritmiyadan əziyyət çəkən xəstənin ürəyində yeni cihaz yerləşdirib. Bu cihaz vasitəsi ilə xəstə ürək çatışmazlığından və ani riskli ölümdən xilas olacaq.

Əməliyyat zamanı yalnız xəstənin sol döş qəfəsində 4 sm kəsik olmaqla aparılır. Təxminən 2-3 ay ərzində üzərində əməliyyat aparılan şəxs artıq özünü tam rahat hiss edir. Xəstələrə təcili yardım göstərmək üçün həkim briqadalar da fəaliyyət göstərir.

Qeyd edək ki, insanın ürəyi 1 dəqiqədə 60 və 100 arasında döyünməlidir. Bundan az və ya çox döyünmə halları artıq anormal hal hesab olunur. Ona görə də bu problemdən əziyyət çəkən şəxslər Mərkəzi Klinikanın müasir avadanlıqlarla təhciz olunmuş aritmologiya laboratoriyasında diqnostikadan keçə bilərlər. Həkimlər hesab edir ki, bu laboratoriyanın Cənubi Qafqazda analoqu yoxdur. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar