Ölkə

Zaqatalada qəribə məxluq tapıldı

Zaqatalada aşkar edilən heyvan ilk baxışdan timsah balasına bənzəyir.

· Xəbərçi
Zaqatalada qəribə məxluq tapıldı
Zaqatala rayonunun Qımır kəndində yerin təxminən 20-22 metr dərinliyində qəribə məxluq tapılıb. ANS PRESS-in məlumatına görə, canlı ilk baxışda timsah balasına oxşayır.

Ancaq canlınan hələlik hansı növ heyvan qrupuna aid olduğu müəyyənləşdirilir. Kənd sakini Ramazan Ömərov həyətyanı sahəsini təmizləyərkən, quyunun dibində bu qəribə canlı ilə rastlaşıb.

Canlının bədənin ölçüsü təxminən 30 santimetrdir. Qəribə canlının tədqiqat üçün Bakı şəhərinə göndəriləcəyi gözlənilir.

Şərhlər