Ağacların kəsilməsinə səbəb isə ərazidə aparılan tikinti işləridir.
Xətai rayonunun Telnov küçəsi 3 ünvanında yaşayan sakinləri narazı salan məqam 108 ailənin yaşadığı binanın qarşısında yerləşən yaşıllıq zolağının kəsilməsidir. Ağacların kəsilməsinə səbəb isə ərazidə aparılan tikinti işləridir.
Şikayətçilər deyir ki, binanın ətrafına yaşıllıqı burada uzun müddətdir yaşayan bina sakinləri özləri salıb. Amma indi binanın qarşısının hasarlanması sakinləri çox narahat edir.
Bu səbəbdən də onlar burada tikintinin aparılmasına icazə verməyəcəklərində iddialıdırlar. Çünki tikilən obyekt yaşıllıq zolağının məhv olması ilə bərabər mənzillərin pəncərələrinin qarşısını da kəsəcək. Sakinlər deyir ki, iki il öncə binanın qarşısında avtoyuma məntəqəsi tikilib. Amma avtoyuma məntəqəsinin mərkəzi kanalizasiya xəttinə çıxışı yoxdur.
Nəticədə isə çirkab su şamboya yığılaraq daha sonra nasos vasitəsi ilə binanın qarşısına vurulur.Şikayətçilərin sözlərinə görə, çirkab su ətarfdakı ağaclar qurudaraq məhv edir.
Xətai Rayon İcra Hakimiyyətinin baş memarı Vadim Surxayev isə bildirir ki, ərazidə aparılacaq tikinti işlərindən xəbərləri var. Onun sözlərinə görə, icazə əsasında tikilən obyekt Rusiya-Azərbaycan dostluq cəmiyyətinin ofis binası olacaq.
Xətai Rayon İcra Hakimiyyətinin baş memarı V. Surxayev bildirib ki, bina 1997-ci ildən tikintiyə icazə alınıb: “Hec bir qanunsuzluq yoxdur. Tikinti sənədlərə tam uyğundur”.
Baş memar onuda bildirdi ki, sakinləri narahat edən avtoyuma məntəqəsinə icra hakimiyyətinin nümayəndələri tərəfindən baxış keçirildikdən sonra baş verən neqativ hallar aradan qaldırılacaq.