Xətai rayonu qazsız qalacaq
Təmirlə əlaqədar olaraq rayonun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Bakının Xətai rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq. Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq sabah fevralın 21-də saat 12:00-dan 16:00-dək "Qazanlar" qazpaylayıcı stansiyasından qidalanan "Xətai-ümumi" ölçü qovşağında təbii qaz təchizatı dayandırılacaq.




Şərhlər