Ölkə

Sığortaçılar üçün test imtahanı keçiriləcək

Sənədləri təqdim olunmuş şəxslər iyulun 16-dək imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

· Xəbərçi
Sığortaçılar üçün test imtahanı keçiriləcək
İyulun 17-si və 20-də sığortaçıların rəhbər vəzifələrinə namizədlər və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən fiziki şəxslər üçün növbəti test imtahanı keçiriləcək. Bu barədə məlumatı AzərTAc yayıb. Məlumata görə, sənədləri Dövlət Sığorta Nəzarəti Xidmətinə tam olaraq təqdim olunmuş şəxslər iyulun 16-dək imtahanda iştirak edəcəklərini təsdiq etməlidirlər.

Şərhlər