Sabah qar yağacaq
11 Fevral 2013 Bazar Ertəsi 13:04
Bakı və Abşeronda hava tutulacaq, gecəyə doğru bəzi yerlərdə yağış gözlənilir
Sabah Azərbaycanın bəzi ərazilərinə sulu qar və qar yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova bu gün Trend-ə bildirib ki, fevralın 12-də Bakı və Abşeron yarımadasında axşam havanın tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq, axşam arabir güclənəcək. Havanın temperaturu gecə 3-6, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında fevralın 12-da yağış yağacaq, dağlıq və dağətəyi rayonlarda isə sulu qar və qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 3-7 dərəcə, gündüz 8-13, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar