Pensiyalarla bağlı yenilik
26 Fevral 2013 Çərşənbə Axşamı 16:17
Artıq pensiyaya çıxarkən müvafiq sənədlərin notariuslarda təsdiqlənməsinə ehtiyac qalmayacaq.
Artıq pensiyaya çıxarkən əmək kitabçalarının surətinin notariuslarda təsdiqlənməsinə ehtiyac qalmayacaq. Müvafiq prosedur bilavasitə Dövlət Sosial Müdafiə Fondunun yerli şöbələri tərəfindən həyata keçiriləcək. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov məlumat verib. Səlim Müslümov bildirib ki, bundan sonra vətəndaşlar əmək kitabçalarının surətini fondun yerli şöbələrindən ala biləcək.

Bununla bağlı DSMF-in "Qaynar xətti"nə də müraciət etmək mümkündür: “Hazırda pensiya təminatını avtomatlaşdırmaq üçün ən vacib problemimiz 2006-cı ilə qədər sosial sığorta stajı barədə məlumatların toplanılmasıdır. Bunun da mənbəyi əmək kitabçalarıdır. Bu əmək kitabçalarının insanlarımız tərəfindən bizim yerli şöbələrə təqdim olunması mühüm bir məsələdir. Əmək stajı buradan götürülərək müəyyən edilir, insanların 2006-cı ilə qədər topladığı pensiya kapitalı onların hesabına yazılır”.

DSMF sədri onu da vurğulayıb ki, artıq əmək kitabçalarının surətinin çıxarılması ilə bağlı yerli şöbələrə müvafiq təlimat göndərilib: “Orada şöbə müdirinin müavini hər səhifədə imza atmalıdır. Sonuncu səhifədə “əsli ilə düzdür” yazılmalıdır və bununla da iş bitməlidir”.




DOSTLARINLA PAYLAŞ:

oyunlar