Azərbaycanda özəl tibb fəaliyyəti subyektləri tərəfindən göstərilən tibbi xidmətlərin reklamının yayımı müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçiriləcək.
APA-nın xəbərinə görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında "Reklam haqqında" qanuna bununla əlaqədar yeni bəndin əlavə edilməsi müzakirə edilib. Dəyişiklik barədə MM-in İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, Azərbaycan seriallarında siqaret çəkilməsi ilə bağlı səhnələr yer alır: “Bu da reklamdır. Bunun da qarşısı alınmalıdır. Serial istehsalı ilə məşğul olanlar buna fikir verməlidirlər”.
Müzakirələrdən sonra dəyişiklik qəbul olunub.
Özəl klinikaların reklamları məhdudlaşdırılıb
Dəyişiklik barədə MM-in İqtisadi Siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.




Şərhlər