Nigar Yaqublu azadlığa buraxıldı
03 Mart 2013 Bazar 14:00
Nigar Yaqublu bu gün Kürdəxanı həbsxanasından azad edilib.
Müsavat Partiyasının Gənclər Təşkilatının sədr müavini Nigar Yaqublu Kürdəxanı həbsxanasından azad edilib. N. Yaqublunun vəkili Nemət Kərimli “Azadlıq.tv”-yə acıqlamasında məlumatı təsdiq edib.
Xatırladaq ki, Müsavat Partiyası Gənclər Təşkilatının sədri olan Nigar Yaqublu ötən il sentyabrın 11-də avtomobil qəzası ilə bağlı həbs olunmuşdu.
2 il 6 ay müddətinə azadlıqdan məhrum edilən N.Yaqublu 2 il müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan da məhrum olunub.
DOSTLARINLA PAYLAŞ: