Naxçıvanda silah-sursat tapıldı
11 Yanvar 2013 Cümə 14:37
Naxçıvan sakini tapdığı silah-sursatı təhvil verib
Naxçıvan şəhər sakini tapdığı silah-sursatı polisə təhvil verib. ANS PRESS-in Daxili İşlər Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Naxçıvan şəhər sakini Heydər Babayev tapdığı 1 ədəd "TOZ-8" markalı tüfəngi, 2 ədəd qumbaranı, 1180 ədəd müxtəlif çaplı patronu və 14 ədəd patron darağını könüllü olaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar