Milli Məclisdə Gülər Əhmədovanın yeri tutuldu
01 Fevral 2013 Cümə 15:16
Məlahət İbrahimqızı intizam komissiyasının üzvü seçilib.
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İntizam komissiyası və Hesablayıcı komissiyasının yenidən təşkili məsələləri müzakirə olunub.
APA-nın məlumatına görə, komissiyaların tərkibi yalnız bir nəfər istisna olmaqla yenidən təsdiqlənib. İntizam Komissiyasında deputat mandatı ləğv edilmiş Gülər Əhmədovanın yerinə deputat Məlahət İbrahimqızı seçilib.
Qeyd edək ki, İntizam komissiyasına deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyeva, hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxildir.
Hər iki məsələ səsə qoyularaq təsdiqlənib.
DOSTLARINLA PAYLAŞ: